Hadisə

Dağıntılar altından daha bir cəsəd çıxarıldı — Ölənlərin sayı 9-a çatdı (VİDEO)

Dağıntılar altından daha bir cəsəd çıxarıldı — Ölənlərin sayı 9-a çatdı (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

Demokrat.azxəbər verir ki, bununla da partlayış nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 14:50

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə Demokrat.az-a nazirlikdən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az