Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapıldı

DÜNYA 07 yan 2024, 20:10
ABŞ-da elm adamları nanotexnologiya sayəsində kimyaterapiyaya alternativ ola biləcək xərçəng müalicəsi hazırlayıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilib ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan yeni üsul xərçəng üçün istifadə edilə bilər. 

MHJ metodunda, tibbi görüntüləmə prosedurlarında istifadə edilənə bənzər bir siyanin boyası bədənə vurulur. 

Bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra, ona zərər vermədən bədənə dərindən nüfuz edə bilən infraqırmızı işıqla aktivləşir. 

Bu siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir. 

Araşdırmanın aparıcı müəllifi Ciceron Ayala Orozco texnologiyanın hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini və prinsipcə işlədiyini bildirib. 

Akademik bildirib ki, insanlar üzərində təcrübələr ancaq illər sonra aparıla bilər. Orozco həmçinin MHJ texnologiyasının xərçəng müalicəsində istifadə edilən kemoterapiya ilə müqayisədə daha az yan təsirlərə səbəb olacağını ifadə edib.

Aysu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top