Bir neçə gün öncə sosial şəbəkələrdə şadlıq saraylarının birində çəkilmiş foto yayıldı. Fotoda masanın üzərinə qoyulmuş spirtli içki şüşəsi görünürdü, təəssüfedici məqam isə o idi ki, içki şüşəsi İsa Peyğəmbərin çarmıxa çəkildiyi formada düzəldilmişdi.
İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“İslam dini tək bir peyğəmbərə deyil, bütün peyğəmbərlərə qucaq açmış bir dindir. İnanc və etiqadımıza görə Həzrəti Adəmdən Həzrəti Xatəmə qədər bütün peyğəmbərlər müqəddəs bir dəyərin təbliğçisidirlər, onlar xüsusi olaraq müstəsna bir vəzifəni icra edən insanlar olublar. Musa Peyğəmbər, İsa Peyğəmbər, Həzrəti İbrahim, Nuh Peyğəmbər və son Peyğəmbər Həzrəti Məhəmməd Mustafa Qurani-Kərimdə əzəmətli, əzəmətcə digərlərindən daha üstün peyğəmbərlər səviyyəsində görülüb. Bu o deməkdir ki, insanlıq da onlara fərqli cür yanaşma sərgiləməlidir. Bir əxlaq peyğəmbərinin şəklini çəkib onu spirtlə, araqla yan-yana qoymaq insanlığa qarşı anlayışsız yanaşmadır.
Peyğəmbərlərin haramlarla savaşdığı, cəhalətə qarşı mübarizə etdiyini bildiyimiz halda bir peyğəmbərin şəklini içki şüşəsinin üzərində əks etdirmək həm də mənəvi terrordur, necə ki günümüzdə İslam dünyasına qarşı bu mənəvi terrorun şahidi oluruq. Müsəlman olaraq peyğəmbərlər arasında fərq qoymamalıyıq, çünki biz bütün insanlığa qucaq açmış bir ümmətik”.
Törə Zeynallı
Demokrat.az