Erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun anası: “Biz ölmüş anaları diriltdilər”

GÜNDƏM 07 dekabr 2023, 23:26

“Biz ölmüş anaları diriltdilər. Prezidentimizə minnətdaram, ona təşəkkür edirəm. Ümidimizi üzməmişdik ki, Prezidentimiz bizim balalarımızı geri qaytaracaq”. 

Bu sözləri ”Unikal”a açıqlamasında erməni əsirliyindən azad ediləcək Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bildirib. 

Onun sözlərinə görə, ilk müjdəli xəbəri erməni əsirliyində olan Hüseyn Axundovun anasından alıb. 

“Sağlamlığımız itsə də, tükənsək də, bitsək də, balam gəlir”, - deyən Dürdanə Bəbirova göz yaşlarını saxlaya bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top