Zəlzələ metronun fəaliyyətinə təsir edib? — AÇIQLAMA

İNFRASTRUKTUR 07 dek 2023, 08:51
Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

Bu barədə Demokrat.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.

Qeyd olunub ki, "Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top