Sumqayıtın bir hissəsində qaz olmayacaq

SOSİAL 05 dek 2023, 17:30
Sumqayıtın bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Demokrat.az
xəbər verir ki, buna səbəb kimi Corat qəsəbəsində ŞQTM-in quraşdırılması və Corat bağlarına çəkilmiş d108mm-lik küçə qaz xəttinin mənbəyə qoşulması göstərilir.

6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top