Böyük Britaniya viza verilməsi qaydalarını sərtləşdirir

DÜNYA 05 dek 2023, 08:51
Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, departament krallığa qanuni miqrant axınını ildə 300 min nəfər azaltmaq üçün viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Kleverli Britaniya parlamentinin İcmalar Palatasında bildirib.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Onlar ölkədəki işəgötürənin iş vizası üçün müraciət edən əcnəbi işçiyə ödəməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top