Region

Ərdoğan Qətər əmiri ilə görüşüb

Ərdoğan Qətər əmiri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Dohada Qətər əmiriŞeyx Təmim bin Həməd Əl Tani ilə görüşüb

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısında iştirak etmək üçün gəldiyi Qətərin paytaxtı Dohada Qətər Əmiri tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Fəxri qarovul dəstəsini ziyarət edən Ərdoğan əsgərləri salamlayıb.

İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Əl Tani başçılıq etdiyi nümayəndə heyətləri Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısına qatılıblar.

Mərasimdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər və digərləri iştirak edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova