“9 min kv.km ərazi Azərbaycanın nəzarətinə keçəcək” — Baqratyan

GÜNDƏM 03 dek 2023, 22:15
“Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır”.

Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Sünikin Ermənistanla əlaqəsi kəsiləcək. Sünikə getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Sisian, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top