Tıxac olan yolların SİYAHISI

İNFRASTRUKTUR 29 noyabr 2023, 08:18
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Demokrat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Zərifə Əliyeva küçəsində;

10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top