“Nikola haqq qazandırmaq ən azı mənəviyyatsızlıq olar”— Şarmazanov

GÜNDƏM 18 noy 2023, 23:59

“Nikol, əslində, 5000 ailənin çırağını söndürdüyünü etiraf edib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq deputatı Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

“Paşinyana deyəcək kimsə yoxdur ki, 1996-cı ilin dekabrında Lissabon sammitindən sonra “Artsax”ın müstəqilliyi qeyri-mümkün idi. Belə olan halda o, niyə 5 min erməni ailəsinin çıraqlarının sönməsinə icazə verdi?! Niyə?!”

Nə üçün o, 2018-ci ilin mayında elan etdi ki, onun inqilabı “Artsaxın müstəqilliyi”nin tanınmasına və “Artsax” ermənilərinin istəklərinin yerinə yetirilməsinə nail olacaq?

Niyə 2019-cu ilin aprelində ona təklif edilən, ona görə “Artsax”ın erməniliyinin təmin olunduğu planla razılaşmadı? Nə üçün proqramdan imtina etdikdən sonra, 2019-cu ilin oktyabrında Xankəndi meydanında “Artsax Ermənistandır” dedi? Niyə “öz nöqteyi-nəzərindən danışıq apardı? Niyə dedi ki, nə lazımdırsa, onu edcəyəm?

Nikolun özünün dediyinə görə, 19 oktyabr 2020-ci ilə qədər ona təklif olunan “5 plus 2” variantına niyə razı olmadı? Niyə 2021-ci il seçkilərində Şuşa və Hadrutun geri qaytarılması və “Artsax”ın “qurtuluş naminə ayrılma” planı ilə ictimaiyyəti aldatdı?

O, “qurtuluş naminə ayrılma” vəd etdi, lakin təslim olan “Artsax”a cəhənnəmi gətirdi. Bütün bunlardan sonra Nikola dəstək olmaq, ona haqq qazandırmaq ən azı mənəviyyatsızlıq olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top