Avropa çempionatı: Azərbaycanın daha 1 cüdoçusu medal qazanıb

İDMAN 18 noy 2023, 23:30

Azərbaycanın daha 1 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

Qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən 1-i bürünc mükafata yiyələnib.

Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.

Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.

Qeyd edək ki, ilk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top