Zakir Həsənov "Leonardo" şirkətinin məhsulları ilə tanış olub

HƏRBİ 15 noyabr 2023, 15:35
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top