Yaşar Gülər ​​Yunanıstan səfirini qəbul etdi

DÜNYA 13 noy 2023, 19:48
Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Yunanıstan müdafiə nazirinin müşaviri səfir Haris Lalakosu qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Yaşar Gülər ​​Lalakos və onu müşayiət edən nümayəndə heyəti ilə Milli Müdafiə Nazirliyində görüşüb.

Əldə edilən məlumata görə, Lalakosun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən Hərbi Etimad Tədbirləri Görüşünün dördüncü raundunda iştirak etmək üçün bu gün Türkiyəyə gəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top