Əli Kərimli öz “bostanına daş atdı”: Kreslodan əl çəkəcəkmi?

TƏHLİL 07 noy 2023, 17:23
Türkiyədə ana müxalifət partiyası olan CHP-də sədr dəyişikliyi baş verdi. Uzun illər partiyanın sədri olan Kamal Kılıçdaroğlunun yerinə Özgür Özəl seçildi. Türkiyə daxili siyasətində bu məsələ böyük hadisə kimi müzakirə edilir, xüsusilə Kılıçdaroğlunun bütün etirazlara rəğmən, illərlə postundan imtina etməməsi fonunda müzakirələr təbiddir.

Bizim üçün maraqlı məqam isə AXCP sədri Əli Kərimlinin CHP-də sədr dəyişikliyini “böyük hadisə” olaraq qeyd etməsidir. 

Əli Kərimli yazır: “Türkiyənin ana müxalifət partiyasında sədr dəyişikliyi təkcə CHP miqyasında deyil, bütövlükdə Türkiyə üçün böyük hadisədir. CHP qurultayında keçirilmiş şəffaf seçki yarışında CHP parlament fraksiyasının rəhbəri Özgür Özəl CHP-nin əvvəlki sədri Kamal Kılıcdaroğluna səs çoxluğu ilə qalib gələrək CHP-nin yeni sədri seçilib.  Türkiyə üçün xeyirli, uğurlu olsun”.

Bu, ilk baxışdan adi post kimi görünə bilər, lakin CHP-də sədr dəyişikliyini “böyük hadisə” adlandıran şəxsin Əli Kərimli olması məsələyə fərqli tərəfdən bamxaq zərurəti yaradır və sual olunur ki, “Bəs, Azərbaycan üçün nə vaxt xeyirli, uğurlu olacaq?”.

Axı Azərbaycanda siyasi müxalifətin ən böyük bəlası eyni adamların uzun illər kreslodan əl çəkməməsi, dəyişikliyə imkan verməməsidir. Əli Kərimli bunun ən bariz nümunəsi, müxalifətin despot sədridir. Onun AXCP-yə sərlik etməsi məcazla desək, artıq yüz illərdir. Hər zaman “demokratiyadan” dəm vuran Əli Kərimli AXCP-də 20 ildən çoxdur diktatura yaradıb, nə sədrlikdən gedir, nə də onun yerinə gəlmək istəyənlərə imkan verir. Hətta AXCP-nin sonuncu qurultayında alternativ şəxsin namizədliyinə də imkan vermədi, bir namizəd var idi, o da Əli Kərimlinin özü. İndi bu adam CHP-dəki dəyişikliyi “böyük hadisə” adlandırır, amma özü Kılıçdaroğlundan fərqlənmir. 

Sual yaranır, onun dediyi “böyük hadisə” AXCP üçün, ümumilikdə Azərbaycanın siyasi müxalifəti üçün nə vaxt baş verəcək? 

Ümumiyyətlə, bunun baş verməsinə icazə verəcəklərmi?

Çətin görünür. Görünən odur ki, Əli Kərimli yaxşı qazanc yeri kimi gördüyü sədr postundan ölənə qədər əl çəkmək niyyətində deyil!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top