Bir övladının təhsil aldığı məktəbə digər övladını yerləşdirə bilməyən valideynlərin müraciəti ilə bağlı məsələ bu ildən prioritet olaraq müəyyənləşdirilib.
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib ki, artıq prioritetli növbə anlayışı var:
“Əgər sizin digər övladınız bir məktəbdə təhsil alırsa, sistem artıq sizi avtomatik növbəyə yazır. Bu o deməkdir ki, o məktəbdə yer olduqda birinci sizin övladınız yerləşdirilir”.
O.Abbasov qeyd edib ki, gələcəkdə prioritetlik məsələsinə ərazi və digər meyarlar da əlavə edilə bilər:
“Bu isə əlavə texniki tapşırıq tələb etdiyi üçün mütəmadi olur. Onu da qeyd edim ki, hər il yerdəyişmə ilə bağlı hansısa yeniliklər tətbiq olunur. Vətəndaşlara xidmətin keyfiyyətinin artırılması istiqamətində işlər görürük”.
Tətbiq olunan yeniliyi Demokrat.az-a açıqlamasında dəyərləndirən təhsil eksperti Elşən Qafarov deyib ki, övladlarının eyni məktəbdə təhsil almasını istəmək valideynin hüququdur:

“Bəzən məktəblərdə yer olmadığı üçün valideynlər bu məsələdə çətinliklə qarşılaşırlar. Bu, əsasən, şagird sıxlığı olan məktəblərdə yaşanır. Həmin valideynlərə güzəşt edilərək ilk olaraq sistemə onların övladlarının yerləşdirilməsi doğru addımdır. Düşünürəm ki, prioritetli növbə sisteminin tətbiqi bu məsələnin həllinə yol açacaq”.
Törə Zeynallı
Demokrat.az