“Qədim İrəvan: Hər daşı bir abidə” filminin çəkilməsində əsas məqsəd qədim İrəvanın əzəli Azərbaycan şəhəri olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Azərbaycan, rus və ingilis dillərində çəkilən sənədli film tarixi faktlar əsasında hazırlanıb, İrəvan şəhərinin azərbaycanlı və erməni sakinləri danışdırılıb. Burada söhbət əsasən İrəvanın əsas məhəllələrindən biri olan Təpəbaşı məhəlləsindən gedir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin layihə rəhbəri, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov söyləyib.
Ekran əsərinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəldiyini diqqətə çatdıran T.Qasımovun sözlərinə görə, filmdə Azərbaycanın əzəli və əbədi şəhəri İrəvanda azərbaycanlılara məxsus abidələrin məhv edilməsinin, həmçinin şəhərlə bağlı həqiqətlərin saxtalaşdırılmasının Ermənistan dövlətinin məqsədyönlü siyasəti olduğunu tarixi faktlarla sübuta yetirilir.
“İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi abidələr, küçələr, evlər, qəbiristanlıqlar Ermənistan dövləti tərəfindən məqsədyönlü şəkildə dağıdılıb və ya özününküləşdirilib. Filmdə bu faktlar barədə Hüseynəli xan Qacarın nəslindən olan şahidlər danışırlar. Mən özüm də Qərbi Azərbaycandanam, İrəvanın Təpəbaşı məhəlləsində dünyaya göz açmışam. İnanıram ki, irəvanlıların öz əzəli torpaqlarına qovuşmasında bu filmin kiçik də olsa, payı olacaq”, - deyə Telman Qasımov vurğulayıb.