Qubada qəza: Xəsarət alanlar var

HADİSƏ 15 okt 2023, 23:12
Bu gün axşam saatlarında Quba-Nügədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, VAZ-2106 və “Qazel” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxananın Mətbuat Xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top