Aİ: Serbiyanın Kosovo sərhədində hərbi güclənməsi dərhal dayandırılmalıdır

DÜNYA 02 oktyabr 2023, 21:59
"Serbiyanın Kosovo sərhədində hərbi birləşməsi çox narahatlıq doğurur, bunun dərhal dayandırılmasını istəyirik".

Demokrat.az
xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) bəyan edib.

Bəyanatda bildirilib ki, birinci və ən mühüm prioritet gərginliyin azaldılmasıdır:

"Gərginliyin azaldılması və təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi çox vacibdir. Biz bununla bağlı ABŞ və digərləri ilə sıx əlaqədəyik. Çox narahatıq və dərhal dayandırılmasını istəyirik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top