Bakının Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Pərvanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 22-də baş verib.
Əsəd həmin gün saat 22.00-da yaşadıqları evin qonaq otağında həyat yoldaşı Pərvanə ilə ailə-məişət zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı əli ilə Pərvanənin hər iki qol nahiyələrindən bir neçə dəfə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarət yetirib.
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ititham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2000-ci ildə Pərvanə ilə ailə həyatı qurub, bu nikahdan bir övladları var: “Pərvanə ilə aramızda mütəmadi olaraq mübahisələrimiz yaşanırdı.
Mübahisələrin əsas səbəbi isə adətən qısqanclıq olub. İyulun 22-də, saat 22.00-da yorğun halda evə gəldim. Həmin zaman Pərvanə evin qonaq otağında olan çarpayının üzərində oturmuşdu. Söhbət edərkən Pərvanənin mənmlə kobud rəftar etdiyi üçün aramızda mübahisə yarandı. Qəzəblənərək onun üzərinə getdim və əlim ilə onun qollarından bir neçə dəfə vurdum”.
İş üzrə zərərçəkmiş Pərvanənin sözlərinə görə, Əsədin spirtli içki qəbul etdiyindən, həmçinin qısqanclıq zəminində aralarında mütəmadi olaraq mübahisələr yaşanıb: “İyulun 22-də, saat 22.00-da Əsəd evə gəldi. Həmin zaman evin qonaq otağında olan çarpayıda oturmuşdum. Əsəd səbəbsiz yerə mənimlə mübahisə yaratdı. Mübahisə zamanı məni döydü”.
Bu cinayət işinə Sabumçu rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əsəd 1000 manat məbləğində cərimə olunub.
Fariz Məlikli
Demokrat.az