Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırdı

DÜNYA 29 sentyabr 2023, 20:40
Əfqanıstanın Yeni Dehlidəki səfirliyi fəaliyyətini dayandırmaq qərarına gəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Bildirilib ki, paytaxt Yeni Dehlidə fəaliyyət göstərən Əfqanıstan səfirliyi qəbul edilən qərarla bağlı ölkənin Xarici İşlər Nazirliyinə məlumat verib.

Nazirlik qərarla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Qeyd edək ki, Əfqanıstan səfiri Fərid Mamundzayın hazırda İngiltərənin paytaxtı Londonda olduğu bildirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top