"Qırmızı göz" epidemiyasına görə məktəblər bağlandı

DÜNYA 29 sentyabr 2023, 18:54
Pakistanın Pəncab əyalətində “qırmızı göz” epidemiyasına görə məktəblər bağlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, uşaqlarda epidemiya halına gələn qırmızı göz kimi tanınan xəstəlik səbəbindən məktəblər bazar ertəsi gününə qədər bağlanıb.

Səlahiyyətlilər məktəblərin bazar ertəsi açılacağını və vəziyyətə nəzarət ediləcəyini bildiriblər.

Qeyd edək ki, sentyabr ayında bölgədə 86 min 133 nəfər qırmızı göz xəstəliyinə yoluxub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top