“Türkiye” qəzeti yazır ki, Qarabağdan qaçan qanunsuz erməni silahlılarının bir qismi Təbrizə aparılıb. Bildirilir ki, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən “Əl-Zəhra” kazarmasına köçürülüb. Çoxşaxəli hərbi təlimlər keçəcək terrorçuların sayının 1000 nəfərədək artırılacağı qeyd edilir. Qəzet əlavə edir ki, təlimlər başa çatdıqdan və terrorçular hazırlandıqdan sonra SEPAH onları Zəngəzur bölgəsinə yerləşdirməyi planlaşdırır.
Siyasi şərhçi Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında deyib ki, İran hakimiyyəti həmişə ermənilərdən Azərbaycana qarşı alət olaraq istifadə edib:
“44 günlük mahribədən sonra İran Qarabağdakı separatçılara hərbi təlimlər keçmək üçün oraya iki dəstə terrorçu göndərdi. O zaman rəsmi Bakı həmin terrorçuların siyahısını İrandan tələb etsə də heç bir məlumat verilmədi. İran qonşu ölkələrə qarşı öz ərazisində daim qüvvələr yetişdirir. Əfqanıstana qarşı “fatimiyyun”, İraqa qarşı “zeynəbiyyun”, Azərbaycana qarşı “hüseyniyyun” kimi təşkilatlar formalaşdırır.
Politoloq ehtimal edir ki, İran tərəfi Qarabağdan qaçan erməni hərbçilərdən ibarət dəstəni Zəngəzur dəhlizi açılacağı halda ora yerləşdirmək və ya layihənin baş tutmasına əngəl olmaqçün yetişdirir:
“Açıq şəkildə mübarizə apara bilməzlər. Çünki İran dövlətinin Zəngəzura daxil olub, prosesə hər hansı şəkildə mane olması mümkün deyil. Ona görə ki, ora Ermənistan ərazisidir, İranın oraya girməsi sərhəd pozuntusudur, başqa ölkənin ərazisinə müdaxilədir. Buna görə də İran dövləti Zəngəzur dəhlizi səmtində pozuculuq fəaliyyəti ilə məşğul olmaq üçün Qarabağdakı qanunsuz hərbi birləşmələrdən istifadə edə bilər”.
S.Soltanın sözlərinə görə Ermənistan rəsmi dairələri İranla bu istiqamətdə sövdələşmə etməyə bilər, çünki İranla hərbi sövdələşmə Ermənistan hakimiyyəti üçün problem yaradar:
“Ona görə də Tehran hakimiyyəti ən optimal variant olaraq Qarabağdan qaçan erməni hərbçiləri təlimatlandırıb, terrorçu qruplar hazırlaya bilər. Buna “hibrid müharibə” deyilir. Həmin ermənilərin Azərbaycana və Türkiyə qarşı kini, nifrəti var. İran tərəfi də bundan istifadə edir”.
Törə Zeynallı
Demokrat.az