Naxçıvana gedən avtobus reyslərinin sayı ARTIRILDI

İNFRASTRUKTUR 22 sentyabr 2023, 12:25
“Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir. Reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib.

Bu barədə Demokrat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ikitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları, “İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top