Qocalar evində 33 nəfər zəhərləndi

REGİON 21 sen 2023, 21:34
Türkiyədə qocalar evində yaşayan 33 şəxs zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Bolu vilayətində baş verib.

Belə ki, 54 nəfərin yaşadığı Qocalar Evində bəzi sakinlər ürəkbulanma, qusma və ishaldan şikayət etdikləri üçün xəstəxanaya yerləşdirilib.

İlkin müayinələr nəticəsində 33 nəfərin zəhərləndiyi müəyyən edilib və müalicələrinə başlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top