Sentyabrın 19-dan İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Baş nazir Paşinyanın istefası tələb olunur. O isə nə olur, olsun hakimiyyətdə qalacağını bildirib. Bu açıqlamadan sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə əl atıblar.
Etirazlarla bağlı Demokrat.az-a danışan politoloq Samir Hümbətovun sözlərinə görə, miqyasına və iştirakçıların sayına baxdıqda görə bilərik ki, aksiyalar elə də böyük deyil:
“Əhalinin böyük kəsimini əhatə etmir və lokal xarakter daşıyır. II Qarabağ savaşından sonra da belə aksiyaların keçirildiyini görmüşdük. Paşinyan o zaman da bildirmişdi ki, istefaya getməyəcək. Düzdür, bir müddət sonra parlament seçkilərinə getsə də indi mövqeyi daha da möhkəmdir.

Hesab edirəm ki, bu hadisələr Paşinyanı yerindən tərpətməyəcək. Xankəndində də indi vəziyyət gərgindir, Yevlaxda görüş oldu. Separatçı rejimlə Ermənistan hökumətinin arasında soyuqluq var. Paşinyanın istefa verməsi inandırıcı görünmür. Çünki Qərb buna razı deyil. Düşünürəm ki, Ermənistanın daxilində və Xankəndində baş verən hadisələr fonunda gərginlik bir müddət də davam edəcək”.
Törə Zeynallı
Demokrat.az