“Səyyar qəbul otağı” bu dəfə Balakən sahibkarlar üçün təşkil olundu

SOSİAL 20 sen 2023, 18:19
SOCAR "Azəriqaz" İB ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə "Açıq mikrofon" aksiyası Balakən rayonunda keçirilib.

Demokrat.az
bilririr ki, tədbiri giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra mikrofon önünə keçən KOBİA-nın nümayəndəsi də sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər.

Rayonda fəaliyyət göstərən kərpic zavodunun nümayəndəsi yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsini xahiş edib. Digər bir sahibkarın müraciəti isə obyektin arxasından keçən qaz xəttinə görə mühafizə zolağının pozulmadığı barədə sənədin verilməsindən ibarət olub.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top