“Kriptovalyuta bazarında son iki gün ərzində yüksək volatillik müşahidə olunmaqdadır. “Bitcoin”in qiyməti 24.900 dollara qədər endikdən sonra yenidən 27.400 dollara qədər dəyər qazandı. Hazırda isə “bitcoin” 26.750 dollar ətrafında ticarət edilir. Bu cür volatillik əsasən qiymətlərin texniki korreksiyası və kriptovalyuta bazarında cərəyan edən spekulyativ manipulyasiyaların nəticəsidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında “Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyev deyib.
O qeyd edib ki, hazırda qiymətlərə təsir edən əsas “oyunçu” ABŞ Federal Ehtiyatlar Sistemidir (FRS):
“Məlumdur ki, sentyabrın 20-də FRS-in növbəti iclası olacaq. FRS-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki uçot faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə “bitcoin” və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur. Görünən odur ki, FRS pul – kredit siyasətinin sərtləşdirilməsi planı üzrə gedir. Xüsusilə, uçot faiz dərəcəsinin azaldılması ehtimalı olduqca azdır. Bundan başqa, ABŞ dövlət istiqrazları üzrə gəlir son 16 ildə maksimuma çatıb və 4,31% təşkil edib. Çox güman ki, investorlar diqqəti gəlir zəmanəti olmayan yüksək riskli “bitcoin”dən daha az riskli aktivlərə çevirirlər”.
Ekspertin sözlərinə görə, ehtimal ki, bu, növbəti “bitcoin rallisi”ndən qabaq bazardakı qiymətləri aşağı endirib, kripto aktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır:

“Bununla belə “bitcoin”in qiymətinin 24 min dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Böyük ehtimal ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock və digər investisiya fondlarının “spot bitcoin ETF”-i üçün müraciətinə müsbət qərar verməlidir”.
Son olaraq E.Quliyev əlavə edib ki, kriptovalyutalar yüksək riskli investisiya hesab olunur:
“Təcrübə onu göstərir ki, kriptovalyuta sektorunda uğurlu investor olmaq üçün 3 önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə, səbirli olub, gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi – texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın, “bitcoin” və digər rəqəmsal aktivlərə itirməyi gözə aldığınız məbləğdə investisiya edin”.
Törə Zeynallı
Demokrat.az