Gündəm

İcra hakimiyyəti Səbuhi Əhmədovun təmir işini ləğv etdi

İcra hakimiyyəti Səbuhi Əhmədovun təmir işini ləğv etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiMənzil İstismar Departamentinin "Qaradağ, Xətai, Binəqədi, Ağcabədi, Biləsuvar, Şabran rayonlarında və Şirvan şəhərində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri" ilə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.azxəbər verir ki, bunun səbəbiMüvafiq icra hakimiyyəti orqanının qərarı əsasındadır. (DSQ 4.1.2, 38.2, 57.3.7.)

Ləğv edilmə mətnində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11.09.2023-cü il tarixli 3-21-1/2-18171/2023 nömrəli məktubuna əsasən deyə qeyd edilib.

Xatırladaq ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.KomitəninMənzil İstismardepartamentinin direktoruSəbuhiƏhmədovdur.

NE
Nihadə Eyyubova