Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri 2025-ci ilə qədər bərpa olunan enerjiyə keçid üçün maliyyələşdirməni ikiqat artırmağa çağırıb. Baş katib yanar faydalı qazıntılardan imtina etmək və bərpa olunan enerjiyə “ədalətli və bərabər keçid”ə sərmayə qoymağın vaxtının yetişdiyini vurğulayıb. Antonio Quterreşin sözlərinə görə, inkişaf etmiş ölkələr həm də öz öhdəliklərinə uyğun olaraq inkişaf etməkdə olan ölkələrə iqlim dəstəyi üçün ildə 100 milyard dollar ayırmalı və İqlim Fondunu tam maliyyələşdirməlidir. Alternativ enerji mənbələrindən səmərəli istifadə ilə yanaşı “yaşıl enerji”yə keçid ətraf-mühitin qorunmasında da əhəmiyyətlidir. Dünyada və ölkəmizdə bərpa olunan alternativ enerji mənbələrinə keçid prioritet məsələlərdəndir. “Yaşıl enerji” və ətraf mühit məsələləri, resurslardan səmərəli istifadə son zamanlar xüsusi aktuallıq kəsb edir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” istiqamətində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Yaşıl enerji sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artıb. Energetika naziri Pərviz Şahbazov Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn iştirakı zamanı nəzərə çatdırıb ki, Azərbaycanda 2027-ci ilədək enerji istehsalında bərpa olunan mənbələrin payı 37%-i ötəcək. Nazir region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycanın emissiyaları azaltmaqla neft – qaz sektorunun inkişafı ilə bərabər sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial – iqtisadi inkişafında, təmiz ətraf-mühitə və “yaşıl artım”a nail olmasında həlledici status qazandığı qeyd edilib. P.Şahbazov bildirib ki, Azərbaycan hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edir. Bu “yaşıl enerji” güclərinin 2027-ci ilədək 3 QVt-dan çoxunun istismara verilməsi planlaşıdırılır ki, nəticədə ölkəmizin elektrik enerjisi istehsalının gücündə bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü deputat Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan alternativ enerji mənbələrinin işlənilməsi, yaxın gələcəkdə bərpa olunan enerji mənbələrinə keçidin təmin edilməsi üçün beynəlxalq əməkdaşlığı artırmaqdadır:

“Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında, Xəzər dənizi hövzəsində bərpa olunan enerji istehsalı ilə məşğul olur. Qara dəniz vasitəsilə “yaşıl enerji” dəhlizinin yaradılması həyata keçirilir. Bunun vasitəsilə Avropaya nəql də baş tutacaq. Məqsəd həm də dayanıqlı inkişafa çatmaqdır. Eyni zamanda alternativ enerji mənbələrinin qənaətli istifadəsinə də nail olunacaq və onların ixracda payı artacaq. Alternativ enerji mənbələrindən istifadənin inkişafı ekologiyanın qorunmasına da töhfə vermiş olur”. Deputat qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə də enerji dövləti statusunu qoruyub, saxlaya bilməsi üçün bərpa olunan enerji mənbələrindən istifadəyə marağı artırır. Enerji resurslarının ixracı üçün şəbəkə formalaşdırılır. Yaxın gələcəkdə Orta Dəhliz vasitəsilə yüklərin daşınması və Orta Asiya dövlətlərinin enerji resurlarının Avropaya nəqli də mümkündür.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev isə mövzu ilə bağlı sayta açıqlamasında günümüzdə “yaşıl enerji”yə keçidin qlobal çağırış olduğunu bildirib:

“2015-ci ildə Paris İqlim Sazişinin imzalanmasından sonra onu ratifikasiya edən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz ənənəvi enerji sahələrinin inkişafı ilə tanınır. 1994-cü il “Əsrin müqaviləsi”ndən sonra beynəlxalq neft – qaz sektoruna irihəcmli layihələrlə töhfə verib. Bakı – Supsa, Bakı – Novorossiysk, Bakı – Tbilisi – Ceyhan neft kəmərləri, Bakı – Tbilisi – Ərzurum qaz kəmərinin ardıyca son 50-60 ildə dünyanın ən böyük layihələrindən biri hesab olunan Cənub Qaz dəhlizini istismara verdik. Bu, region, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan bir kəmərdir. Paralel olaraq götürdüyümüz öhdəliklər əsasında “yaşıl enerji”nin, “yaşıl investisiya”nın, “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mühüm addımlar atılır. Qarşıdakı illərdə enerji sektorunda “yaşıl enerji” mənbələrinin payının artırılması ilə bağlı görülən işlər çərçivəsində BƏƏ-nin “Masdar” şirkəti, Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətləri ilə əməkdaşlıq edilir. “Yaşıl enerji” potensialının qiymətləndirilməsilə bağlı Yaponiya şirkətlərilə danışıqlar aparılır”. Ekspert əlavə edib ki, ölkədə günəş elektrik stansiyalarının quraşdırılması ilə bağlı günəş panelləri və günəş kollektorlarının sifarişi və idxalı Çin vasitəsilə həyata keçirilir: “Hökumətin hədəflərindən biri 2050-ci ilə qədər bərpa olunan enerji mənbələrinin məhsuldarlığını artırmaqdır. Bundan əlavə hidrogen enerjisinin istehsalı, nəqli və istehlak bazarlarına çıxarılması ilə bağlı xüsusi şöbə yaradılıb. “Yaşıl enerji”nin Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropa ölkələrinə ixracı nəzərdə tutulur”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “ekologiya və ətraf-mühitin mühafizəsi” mövzusunda hazırlanıb.