Lənkəranda 1986-cı il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 27-də Lənkəran rayonu, Sütəmurdov kəndində baş verib.
Sərdar yaşadığı evdə anası Lətifənin ona pul verməməsi səbəbindən anasıyla mübahisə edib. Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı yumruqla vuraraq anasına xəsarət yetirib.
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Lətifə onun anasıdır və onunla birlikdə bir evdə yaşayır: “Dost tanışlarıma pul borcum olduğu üçün anamdan borca pul istədim. Anam da borca pul vermədyi üçün aramızda dəfələrlə mübahisə oldu. Hadisə günü, saat 15 radələrində Lənkəran şəhərinə işləmək üçün getdim. Lənkəran şəhərində özümə iş tapa bilmədiyim üçün evə geri qayıtdım. Yolda dost-tanışlarım məndən borca verdiyi pulu geri qaytarmağımı dedi. Mən də yaxın müddət ərzində qaytaracağımı deyərək yaşadığım evə gəldim. Evin dəhlizində anamdan 20 manat borc istədim. Anam pul vermədiyi üçün aramızda mübahisələr baş verdi. Baş vermiş mübahisədə yumruqla onun sol əlinə vuraraq yerə yıxıdım. Anam yerə yıxıldıqdan sonra cavabsız qaldığını gördüm və evdən getdim”.
Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az