Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü — Ata və uşağı öldü

SOSİAL 01 sen 2023, 09:55
Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top