Şəkər çuğundurunun tədarük qiyməti artırıldı

SAHİBKARLIQ 14 avq 2023, 15:21
"Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.

Bu barədə Demokrat.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.

Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 % şəkərliliklə 65 manatdan 69 manata, 13 % şəkərliliklə 68 manatdan 72 manata, 14 % şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.

Bu il 22 rayonda 4 534,9 hektar şəkər çuğunduru əkilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top