Vnukovo aeroportunda tətbiq olunan məhdudiyyətlər ləğv edildi — YENİLƏNİB

REGİON 06 avq 2023, 13:46
Moskvanın Vnukovo aeroportunda dron hücumu ilə əlaqədar tətbiq edildiyi güman edilən məhdudiyyətlər ləğv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 11:55-dən (Bakı vaxtı ilə 12:55) etibarən məhdudiyyətlər götürülüb, aerovağzal kompleksi normal rejimdə işləyir.

13:35

Moskva vaxtı ilə saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidməti bildirib.

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, - mətbuat xidməti bildirib.

Onlar əlavə ediblər ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.

Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top