Xaricə səyahət edərkən tək istirahəti, əyləncəni deyil, təhlükəsizlik məsələlərini də düşünməliyik.
Vəhşi heyvanların, köpək balıqlarının hücum etdiyi insanlar, qar uçqunu altında qalanlar, meşələrdə yolunu azan turistlər barədə xəbərlər səyahətdə təhlükəsizlik məsələsinin vacibliyini önə çəkir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə xaricə istirahətə üz tutarkən əvvəlcə həmin yerdə ola biləcək təhlükələr, gəzib - görməli yerlər barədə, həmin yerlərin coğrafiyası, relyefi haqqında məlumatlanmaq lazımdır.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, bu proses iki cür olur:
"Səyahətini özü planlayan insanlar özləri gəzəcəkləri yerləri müəyyənləşdirir, bələdçi, tur agentlik, tur operator olmadan səfərlərini təşkil edirlər. Turizm şirkətlərinin təşkil etdiyi turlara qoşularkənsə məsul şəxslər iştirakçılara məlumat verməlidir. İnsanlar etibarlı şirkət seçməyə diqqət etməlidir. Şirkətin bazardakı imici, haqqındakı rəylərə baxmaq lazımdır. Belə şirkətlərlə edilən səfərlərdə hər hansı problem yaşandıqda dərhal bunu aradan qaldırırlar. Professional şirkətlər riskləri əvvəldən hesablayır, qabaqlayıcı tədbirlər alır, bu barədə müştərilərə məlumat verir".
Ekspert qeyd edib ki, əyləncələr, adrenalinli turlar cəlbedici olduğu qədər də təhlükəlidir:
"Dağlıq ərazilərdə qar uçqunu təhlükəsi var. Bəzi yerlər sürüşmə zonası ola bilər. Okean və ya ona çıxışı olan su hövzələrində köpək balıqlarının olması ehtimalı da nəzərə alınmalıdır. Təbiət qoynunda istirahət edənlərsə yırtıcı heyvanlarla, zərərli həşəratlar, sürünənlərlə qarşılaşa bilər. Bu təhlükələri insanlar əvvəldən bilməli və ona uyğun davranmalıdırlar".
Törə Zeynallı
Demokrat.az