Deputat Elza Seyidcahanı müdafiə etdi: “O, şeirlərini ironiyayla yazır...”

GÜNDƏM 05 iyul 2023, 13:51
“Müğənni Elza Seyidcahan maraqlı bir xanımdır. O, şeirlərini sarkazmla, ironiyayla yazır. İndi hamı düşüb Elzanın üstünə”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına münasibət bildirərkən deyib. 

Aqil Abbas cəmiyyətin məsələyə tənqidi münasibətinin yanlış olduğunu bildirib: 

“Dünya dağılıb?! Guya bu dəqiqə şeir oxuyan var, kitab oxuyan var?! Məşhurlardan başqa, Yazıçılar Birliyinin hansı üzvlərinin adlarını çəkə bilərlər?! Elza xanım da sənədlərlə müraciət edib, qəbul olub. Burada qeyri-adi nəsə yoxdur. Yəni bu müzakirə mövzusu deyil. Müzakirə etməyə o qədər mövzu var ki... 

Çingiz Abdullayevi tənqid edirlər, yaxşı deyil. O, Azərbaycanı dünyada tanıdan bir yazıçıdır. Nə isə... ”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 11:50
Top