Gədəbəyin polis rəisi kimdir? — FOTOLAR

GÜNDƏM 21 iyun 2023, 17:48
Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlardan sonra sosial şəbəkələrdə rayonun polis şöbəsinin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilməyə başlayıb. Müzakirələr zamanı rayon polisinin fəaliyyəti həm tənqid, həm də tərif olunur. 

Demokrat.az
bildirir ki, Gədəbəy rayon polis şöbəsinin rəisi, polkovnik Mehman Həşimovdur. Onunla bağlı Gədəbəy camaatı daha çox müsbət fikirlər səsləndirir. 

Mehman Həşimov xidməti fəaliyyətinə polis sıralarında çavuş kimi başlayıb. Hazırda polkovnik rütbəsi ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi vəzifəsini daşıyır. Əsasən Daşkəsən, Gəncə, Mingəçevir və Gədəbəydə xidmət edib. 

Qarabağ döyüşçüsüdür, I Qarabağ döyüşlərində qardaşları ilə bərabər iştirak edib. Bir qardaşı şəhid olub, digər qardaşı müharibədə ayaqlarını itirib, özü isə ayağından yaralanıb.

Mehman Həşimovun rayondan olan 30-35 aztəminatlı ailəyə, şəhid ailələrinə yardım etdiyi deyilir. 




Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyun 2025, 09:38
Top