Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması İrana ciddi mesaj xarakteri daşıyır.
“Zəngəzur dəhlizi Ermənistan üçün problem deyil, problem yaradan İrandır. İranın bu hərəkəti bizi məyus edir”, - Ərdoğan bildirib.
İranın dəhlizə qarşı olduğu bəllidir və bölgədə Ermənistanı öz öhdəliyinə əməl etməməsi üçün körükləyən də molla rejimidir. Çünki Ermənistan istəməsə belə, Azərbaycanın Naxçıvana “maneəsiz çıxışı”nın qarşısını təkbaşına ala bilməz.
Birincisi, bununla bağlı öhdəlik götürüb. 10 noyabr razılaşmasının 9-cu bəndində Naxçıvana “maneəsiz çıxış”ın təmin edilməsi aydın şəkildə öz əksini tapır.
İkincisi, Ermənistanın dövlət kimi gələcəyi bölgədə kommunikasiyaların açılması, regional layihələrə qoşulmasından asılıdır.
Digər tərəfdən, Ermənistan Azərbaycan-Türkiyə-Rusiya üçlüyünün istəyi qarşısında duruş gətirə bilməz.
Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinə problem yaratmaq iqtidarında deyil. Dəhlizə qarşı pozuculuq fəaliyyətinin arxasında məhz İran dayanır.
Zəngəzur dəhlizi İran da daxil olmaqla bütün region ölkələri üçün siyasi və iqtisadi divdent vəd edir. Lakin İranın molla rejimi bu dividentləri anlamaq istəmir və məsələyə imperiya maraqlarından yanaşırlar.
Molla rejiminin əsas dərdi əslində qardaş Türkiyənin Cənubi Qafqazda aktivliyi, 44 günlük müharibədən sonra qardaş ölkənin bölgədə təsir gücünün artmasıdır. Bu vəziyyətdə güclənən əsas tərəflərdən biri də məhz Azərbaycan olur. İran bunu qəbul etmək istəmir, yeni reallıqla barışmaqdan imtina edir və son iki ildə Azərbaycana qarşı bütün təxribat xarakterli addımlara əl atır.
Bir tərəfdən Ermənistanla “qardaşlıq” edir. Özünü islam ölkəsi adlandıran İran 44 günlük müharibədən sonra Ermənistana hərbi, siyasi və iqtisadi müstəvidə kifayət qədər dəstək verir. Ermənistan sərhədini “qırmızı xətt”i elan edən molla rejimi məhz erməni maraqlarına görə Azərbaycanı təhdid etməkdən çəkinmir. Eyni dəstəyi Qarabağdakı separatçılara da bu və ya digər formada verirlər.
Buna paralel olaraq, Azərbaycana qarşı terror siyasəti həyata keçirirlər. Tehranda səfirliyimizə qarşı törədilən terror aktı, daha sonra Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücum da daxil olmaqla molla rejimi terrora əl atmaqdan belə çəkinmir.
Eyni siyasət informasiya və diplomatik ritorikada da davam etdirilir. Azərbaycanı “sionist” iddiaları ilə ittiham edir, rəsmi Bakının suveren addımlarını “sionistlərin planı” kimi təqdim etməklə təzyiq etməyə çalışır.
Terrordan tutmuş siyasi təxribatlara qədər bütün bu təzyiq kampaniyasının məqsədi məhz Azərbaycanı Zəngəzur dəhlizi hədəfindən yayındırmaq olub. Əslində isə İranın hədəfində qardaş Türkiyə və onun bölgədəki maraqlarıdır. Sadəcə olaraq, Türkiyədən çəkindikləri üçün adını çəkməkdən qorxur, istəklərinə Azərbaycana təzyiq etməklə nail olmağa çalışırlar. Lakin indiyə qədər bütün təxribatları nəticə verməyib, bundan sonra da nəticə əldə edə biməyəcəklər.
Ərdoğanın Zəngəzur dəhlizinə görə açıq şəkildə İranın adını çəkməsi isə molla rejimi üçün ciddi xəbərdarlıq mesajı oldu. Türkiyə Prezidenti dəfələrlə molla rejimini yerində oturdub, indi də eyni şəkildə İranın cavabını verdi və qeyd etdi ki, İran probleminin həll edilməsi istiqamətində addımlar atılacaq. Bu o deməkdir ki, cəsarəti ancaq müsəlman Azərbaycan dövlətinə çatan molla rejimi Türkiyə qarşısında heç nə edə bilməyəcək. Ərdoğanın son çıxışını isə molla rejimi xəbərdarlıq mesajı kimi anlamalıdır!
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru