Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

XARİCİ SİYASƏT 10 iyn 2023, 11:40
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb.

Demokrat.az
xəbər verir ki, humanitar yardım Ukrayna tərəfinə təhvil verilib.

Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkcələr və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yola salınıb.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top