Tanınmış təşkilat Şuşadakı kütləvi məzarlıqla bağlı BMT-nin Xüsusi Məruzəçisinə hesabat göndərdi

GÜNDƏM 06 iyn 2023, 18:41
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən "Şuşada kütləvi məzarlıq aşkarlandı" adlı qısa hesabat xarakterli məlumat BMT-nin "Qanundankənar və özbaşına qətllər" üzrə Xüsusi Məruzəçisinə və Böyük Britaniyanın "Every Casualty Count" ("Hər bir Zərər Qeydə alınır") adlı təşkilata göndərilib. 

Bu barədə Demokrat.az-a “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli məlumat verib. 

Onun sözlərinə görə, sözügedən hesabatda Azərbaycanda bir qrup QHT nümayəndələrinin Şuşada kütləvi məzarlığın aşkar olunması ilə bağlı əraziyə baxış keçirməsi və ümumiyyətlə Azərbaycanda Kütləvi Məzarlıqların Ermənistanən azərbaycanlı əsir və girovlara qarşı törətdikləri müharibə cinyaətlərinin hüquqi qiymətləndirilməsi (legal assesment) və məsələlər öz əksini tapıb:

"Hesabat təşkilat vebsəhifəsində ingiliscə yerləşdirilib. Bu gün BMT-nin "Qanundankənar və özbaşına qətllər" üzrə Xüsusi Məruzəçisinin hesabatı aldığını və bu məlumata görə təşəkkür etdiyi barədə məktub alınıb. Ümid edirik ki, məruzəçi gələcəkdə bu hesabatdan istifadə edəcək".




Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top