Bakıda istirahət mərkəzindən vətəndaşın avtomobilini oğurlayan şəxs SAXLANILDI

HADİSƏ 06 iyn 2023, 16:47
Mayın 29-da Bakıda Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsindəki "Şəbəkə" istirahət mərkəzində vətəndaşın avtomobilini oğurlayan şəxs saxlanılıb.

Bu barədə Baku.ws-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Cavid Ağayev polis əməkdaşları tərəfindən tutulub:

"Onun barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, C.Ağayev daha əvvəl də CM-nin 177-ci maddəsi (Oğurluq) ilə məhkum olunub. Faktla bağlı araşdırmalar davam etdirilir".

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri Emin Qasımov ötən həftə Bilgəhdə yerləşən "Şəbəkə" istirahət mərkəzində olan zaman avtomobilinin obyektin işçiləri tərəfindən oğurlandığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top