"Hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur" — Mirzoyan

XARİCİ SİYASƏT 05 iyn 2023, 12:31
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur.

Demokrat.az
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində deyib.

Bununla belə o, tərəflərin bu istiqamətdə işləri ötən ilin oktyabrında Praqa görüşündə razılaşdırılmış Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılması öhdəliklərinin olduğunu qeyd edib.

Qeyd edək ki, Alma-Ata bəyannaməsinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycanın ərazisi kimi təsdiqlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top