“Bakı Sağlamlıq Mərkəzi”ndə bu xəstələrin ölüm halları daha çoxdur — ŞİKAYƏT

SOSİAL 05 iyn 2023, 11:15
“Bakı Sağlamlıq Mərkəzi” (qısaca – BSM) icbari tibbi sığortası olan xəstələri öz taleyi ilə baş-başa buraxır.

Kommersant.az xəbər verir ki, sözügedən sığorta vasitəsilə BSM-də müalicə alan xəstələr arasında ölüm halları artıb. Xəstəxanada baş verən ölüm hallarının əksəriyyəti də elə bu xəstələrin payına düşür.

Adının açıqlanmasını istəməyən xəstələr tərəfindən saytımıza verilən məlumata görə, gecə növbəsinə qalan həkimlər də sığortalı xəstələrlə maraqlanmır.

“Sığortalı xəstələrin şöbəsinə gecə növbəsi üçün həkim təyin olunmur. Xəstəxanada reanimasiya üçün 5.000 manat depozit tələb olunduğuna görə xəstəxana sığortalı xəstələri kritik vəziyyətlərdə reanimasiyaya qaldırmağa həvəsli deyil. Çünki, sığorta şirkətləri o pulu xəstəxanaya depozit olaraq ödəmir. Buna görə də digər şöbələrlə müqayisədə sığortalı xəstələrin şöbəsində ölüm halları çox olur. Hətta həmin şöbədə bir gecə içində iki nəfər rəhmətə gedib”, - deyə şikayətçi bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top