Türkiyə Kosovaya hərbi kontingent göndərir

REGİON 03 iyn 2023, 14:50
Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib”.

Qeyd olunub ki, təyin olunmuş batalyon 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top