Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub

XARİCİ SİYASƏT 03 iyn 2023, 13:20
Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub.

Demokrat.az
xəbər verir ki, mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib.

Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir.

Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top