Şəmkirdə kütləvi dava olub, 2 qardaş döyülüb

HADİSƏ 03 iyun 2023, 12:24
Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzayev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top