Azərbaycan XİN Hindistana başsağlığı verib

XARİCİ SİYASƏT 03 iyn 2023, 11:09
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Demokrat.az
xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.

Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 ölüb, 900-ə yaxın insan yaralanıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top