Azərbaycanlı tələbənin həbsi molla rejiminin nə dərəcədə təhlükəli olduğunu bir daha isbatlayır.
Əsl xislətindən əl çəkməyən İranın molla rejimi çirkin simasını yenidən nümayiş etdirməyə başlayıb. Süni casus ovuna çıxan rejim Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlini həbs edib. Başqa ölkələrin daxili işlərinə kobud şəkildə, daha açıq formada desək, həyasızcasına müdaxilə etmək, böyük casus, terrorçu şəbəkəsi formalaşdırmaq sahəsində peşəkar olan İranın Fəridi məhz casusluq ittihamı ilə həbsə atması səbəbsiz deyil.
Birincisi, son dövrlər Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması, səs-küylü həbslərin həyata keçirilməsi qarşı tərəfi öz mahiyyətinə uyğun əməllərə əl atmağa vadar edir. Və İran “azərbaycanlı casus” yaradıb, onu həbs etmək yoluna baş vurur. İran bununla diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir. Amma iş ondadır ki, İranın dünyada bəlli yeri var və bu yer molla rejimi, terror təşkilatlarını bəsləyən, insan haqlarını heçə sayan, qapalı və sivil dünyaya yad hakimiyyət olmaqdan o yana keçmir. İran özü də yaxşı bilir ki, Azərbaycanın daxilində bəslədiyi real casuslar olub. Əks təqdirdə molla rejimi bu dərəcədə qeyzlənib, saxta itthamla azərbaycanlı tələbəni həbs etmək yoluna baş vurmazdı.
Nəzərə almaq lazımdır ki, İran hakimiyyətinin belə həbslər həyata keçirməsi ilk dəfə deyil. Analoji hadisə 2008-ci ilin oktyabrında baş vermişdi və qondarma bəhanə ilə azərbaycanlı alim Rəşid Əliyev həbsə atılmışdı. Azərbaycanlı alimİran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilmişdi və 1 il 10 ay həbsdə olandan sonra, azadlığa buraxılmışdı.
Bu cür İran nümunələri yetərincədir və molla ölkəsinə səfər edən Azərbaycan vətəndaşlarının həbs edilməsi, incidilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur.
İkincisi, son günlər Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi molla rejimini daha da aqressivləşdirir. Sülhün yaxınlaşdığını görən İran daha təhlükəli olmaqdadır. Öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın qələbəsini rəsmiləşdirmək istiqamətindəki uğurları molla diyarını heç cür rahat buraxmır.
Vurğulamaq yerinə düşər ki, İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini açıq müstəviyə keçirməsində 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizin böyük rolu oldu. Və din amilinin İran üçün heç bir əhəmiyyət daşımadığı, bu ölkənin indiyə qədər islam pərdəsinə bürünərək hansı siyasət yürütdüyü daha çılpaq şəkildə gün işığına çıxdı. Bəllidir ki, 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürütsə də, bunu gizlətməyə çalışırdı. 1990-cı illərin əvvəllərində İranın Ermənistana açıq dəstək verməsi, Şuşanın işğalında İranın birbaşa rolunun olması, işğal olunmuş ərazilərdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması danılmaz dəlillərdir. İşğal dövründə İran müsəlman ölkəsi olaraq Ermənistanla iqtisadi əlaqələrə malik ölkə kimi ilk öndə dayanıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın dediyi kimi, Ermənistan həm də İrana görə ötən əsrin 90-cı illərdə yaşaya bilib və İran Ermənistan üçün nəfəslik rolunu oynayıb.
Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına susmaqla müsəlman ölkəsi olmadığını isbatlayan İran 44 günlük Vətən müharibəsi zamanı da öz ərazisindən Ermənistana
silah, yanacaq daşınmasına imkan yaratdı. Əfsuslar ki, qələbədən ötən dövrdə etirazlara rəğmən İran qabarıq formada ermənipərəst siyasət yürütməkdən əl çəkmədi. İran Azərbaycan sərhədlərində təlim keçirərək düşmənlə bir safda yer aldı, Ermənistanla daha sıx münasibətlər qurdu, Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu bildirdi, Qafanda konsulluq açdı və s. Molla rejimi çirkin əməllərinin davamı olaraq Tehrandakı səfirliyimizdə törədilən terrora, millət vəkili Fazil Mustafaya qarşı terrora müəlliflik etdi.
Beləlikə, İran üzdə başqa siyasət yürütsə də, reallıqda Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən ölkə olduğunu hər fürsətdə tam təsdiqləmiş ölkədir. Və bütün bunlar, İranın Azərbaycan vətəndaşları üçün nə dərəcədə təhlükəli olduğunu vurğulamağa tam əsas verir. Molla ölkəsinə səfər etmək həmişə təhlükəli olsa da, indiki məqamda vətəndaşlarımız üçün daha ciddi problemlərə gətirib çıxarır.
Bu səbəbdən Azərbaycan vətəndaşları birmənalı olaraq İrana səfər etməkdən çəkinməlidirlər. Düzdür sərhədlərin bağlı olması hardasa bu səfərləri əngəlləyir. Amma bəzi vətəndaşlarımızın İrana üçüncü ölkələr vasitəsilə səfər etmələri barədə faktlar mövcuddur. İranın necə bir təhlükəli ölkə olduğunu, bura səfərlərin hansı nəticələrə gətirib çıxaracağını dərk etmək lazımdır; ya İran rejimi ilə əməkdaşlığa gedib, öz Vətəninə xəyanət etməlisən, ya da həbsə düşməlisən. Burada üçüncü yol yoxdur və yaşananlar bunu bir daha sübuta yetirir.
Danılmaz faktdır ki, İrana səfər edən əksər azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür və onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Bu cəhd uğursuzluğa düçar olduqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar. İranın ölkəmizdə aşkar olunan casus şəbəkəsinin üzvlərinin dəfələrlə İranda səfərdə olması bu deyilənləri bir daha isbat edir.
Gəlinən nəticə budur ki, artıq İrana səfərlərin rəsmən qadağan olunmasının zamanı yetişib. Dünyada bunun üçün nümunələr də var. Adətən belə düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur və bununla bağlı cəza tədbirləri görülür. Buna misal kimi, ABŞ və Yaponiyanın öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan etməsini göstərmək olar.
Baş verənlər başqa varianta yer qoymur. İranın dəyişəcəyini gözləmək əbəsdir və İran tarixin bütün dönəmlərində Azərbaycana qarşı olub. 30 ildən artıq müstəqillik dönəmində isə İranın Azərbaycana düşmənçiliyi daha açıq forma alıb və molla ölkəsi bu siyasətinə sadiqliyindən heç vaxt əl çəkməyəcək.
Elman Babayev
Əməkdar jurnalist