Azərbaycanla Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

XARİCİ SİYASƏT 31 may 2023, 22:14
Azərbaycanla Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Kişineuda Moldovanın Baş naziri ilə görüşündə bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top