Gədəbəydə qətlə yetirilən şəxs kafenin ofisiantı olub —TƏFƏRRÜAT

HADİSƏ 28 may 2023, 19:39
Gədəbəy rayonunun Novosaratovka kəndində baş vermiş qətlin təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə kənd ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Kafedə müştəri qismində olan Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Elpərəs Bəhman oğlu İbrahimovla həmin kafedə ofisiant işləyən Gədəbəy rayon Novosaratovka kənd sakinləri, 1981-ci il təvəllüdlü Samir Çümşüd oğlu Tapdıqov və onun qardaşı 1986-cı il təvəllüdlü Teymur Cümşüd oğlu Tapdıqovla mübahisə düşüb.

Mübahisə daha sonra münaqişəyə çevrilib və müştəri qismində olan şəxs ofisiantları bıçaqlayıb. Mübahisə zəminində E. İbrahimov da bıçaqlanıb.

Hər üç şəxs xəstəxanaya aparılsa da onlardan T. Tapdıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, E. İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Faktla bağlı araşdırma davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top